Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərdoğan Uyğur türkləri üçün Çinə səfərə hazırlaşır

İyul 06
14:34 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son anda bir dəyişiklik olmasa, 28 iyulda Çinə rəsmi səfər edəcək.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ərdoğanın səfərinin Şərqi Türküstandakı müsəlmanlara qarşı təzyiqlərin artdığı bir vaxta ortaya çıxması diqqət çəkib.

Ərdoğanın Çin rəhbərliyi ilə keçirəcəyi görüşlərdə uyğur türklərinə qarşı təzyiqləri gündəmə gətirməsi gözlənilir. Ərdoğanın müsəlmanların oruc tutmasının və ibadətlərini yerinə yetirməməsinə qarşı qadağaları tənqid edəcəyi və Çin hakimiyyətinə xəbərdarlıq edəcəyi bildirilir.

Qeyd edək ki, Ərdoğan 2012-ci ildə etdiyi Çin səfərini Şərqi Türküstandan başlamışdı. Ərdoğan Urumçidə təntənə ilə qarşılanmışdı.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər