Ərdoğandan Putinə kəskin cavab
1. 214 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əsəd rejiminə hərbi dəstək verdiyi səbəbilə “İki milyon insan Rusiyaya getmir, mənim ölkəmə gəlir”, – deyə rəsmi Moskvanı tənqid edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ərdoğan “JW Marriott” oteldə təşkil edilən 3-cü Beynəlxalq ombudsman simpoziumunda iştirak edib.
Çıxışı zamanı üstü örtülü olaraq Əsədə dəstək verməsi səbəbilə Rusiyanı tənqid edən Ərdoğan bunları bildirib:
“Aralıq dənizində, Egeydə həlak olaraq sahilə çıxanları artıq seyr edə bilmərik. Suriyadakı problemin rejimin xalqına zülmü olduğu açıq-aşkar bilindiyi halda məsələyə hələ siyasi güc nisbəti prizmasından baxsaq vicdanı qurudar. Baxın hələ də bəzi ölkələr Suriyaya təyyarələr göndərir. Amma Ərdoğan bunu söylədiyi zaman Türkiyənin səfirini çağıraraq “Ərdoğan niyə belə danışır”- deyə ondan açıqlama istəyirlər. İki milyon insan Rusiyaya getmir, mənim ölkəmə gəlir. İndiyə qədər bu işlər üçün 6,5 milyard dollar sərf etmişik. Mən buradan yenidən səslənirəm. Suriyadakı problemin həlli çox asandır. Tez bir zamanda rejim devrilib yerinə xalqın istədiyi bir hökuməti gətirmək lazımdır.”
Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər biri-birilərini sevməkdə, biri-birilərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)