Ərdoğandan siqaret, içki və narkotik istifadəçilərinə SƏRT MESAJ
851 dəfə baxılıb
“Bir müsəlmanın nə alkoqollu içki ilə, nə narkotika, nə də siqaretlə işi ola bilməz”.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Prezident spirtli içki, siqaret və narkotika ilə mücadiləsini davam etdirəcəyini deyib:
“Baxırsan bir professordur, siqaret, spirtli içki bunların hamısından istifadə edir. Sonra da özünü müdafiə edir. Daha sonra başqası bunlardan istifadə edəndə, etməməlisən deyir. Mən media vasitəsi ilə bu məsələdə mücadilə etdim.
Bu məsələdə bəzi proqramlarda açıq aydın mövqeyimi ortaya qoyanda çox tənqidlərə məruz qaldım, amma bu mübarizəm davam edəcək”.
Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.
Uca Allahın sözləri buna dəlildir: “Öz-özünüzü məhv etməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 195-ci ayə), “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin”. (Qurani-Kərim, “Nisa” surəsi, 5-ci ayə)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sərxoş edən hər şey (maddə və s.), çox miqdarı da, az miqdarı da haramdır!” (Tirmizi, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)