Ərəb dövlətləri birgə ordu yaradır
989 dəfə baxılıb
Ərəb ölkələrinin Xarici İşlər nazirləri Vahid Ərəb Ordusunun yaradaılması barədə qərara gəliblər.
“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, Vahid Ərəb Ordusunun yaradılmasının məqsədi xaricdən gələn təhlükələrə qarşı birlikdə mübarizə aparmaqdır.
Vahid Ərəb Ordusunun yaradılması haqqında layihə Xarici İşlər nazirləri tərəfindən keçirilən görüşdə qəbul edilib.
“Terror və terror təşkilatlarının fəaliyyətləri ilə mücadilə üçün təcili hərbi müdaxilə etmək, sülhün qorunması üçün dəstək vermək, humanitar yardım və mülki vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ərəb ölkələri arasında qarşılıqlı işbirliyidir”, – deyə Vahid Ordunun yaradılmasının məqsədi belə açıqlanır.
Layihə bu gün Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçiriləcək Ərəb Birliyinin sammitində səsverməyə çıxarılacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)