Ərəb Dövlətləri Liqası İŞİD-lə mübarizədə Liviyaya dəstək göstərəcək
Avqust 19
16:27
2015
713 dəfə baxılıb
Ərəb Dövlətləri Liqası (ƏDL) “İraq və Şam İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə Liviyaya dəstək göstərəcək.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən məlumat verir ki, bu barədə qurumun Baş katibi Nabil əl-Ərəbi ƏDL Şurasının Qahirədə keçirilən və Liviyada vəziyyətə həsr olunmuş fövqəladə iclasında məlumat verib.
İclas Aralıq dənizi sahillərində İŞİD terror xəvaric qruplaşması silahlıları tərəfindən ələ keçirilmiş strateji cəhətdən mühüm Sirt şəhərində yaranan böhranlı vəziyyətlə əlaqədar Liviya hökumətinin xahişi ilə keçirilib.
Nabil əl-Ərəbi deyib ki, yaranmış vəziyyətlə əlaqədar Liviyaya təcili yardım göstərmək lazımdır.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)