Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərəb dövlətlərindən Ərdoğana dəstək

İyul 29
13:41 2015

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Türkiyənin İŞİD terror xəvaric qruplaşmasına və PKK-ya qarşı apardığı hərbi əməliyyatları dəstəklədiyini açıqlayıb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Krala zəng edərək bölgədəki siyasi vəziyyəti müzakirə edib.

SPA agentliyinin məlumatına görə, telefon danışığında Kral Suruçda baş verən terror aktını pisləyərək Türkiyənin özünü müdafiə və vətəndaşlarını terror hücumlarından müdafiə haqqını dəstəklədiyini bildirib.

Xəbərdə iki liderin ölkələr arasındakı münasibətləri müzakirə etdiyi qeyd olunub.

Qeyd edək ki, daha bir ölkədən Türkiyəyə dəstək gəlib.

Qətər dövləti Türkiyənin son günlər PKK və İŞİD terror xəvaric qruplaşmasına qarşı başladığı hərbi əməliyyatlara yaxından dəstək verdiyini bəyan edib.

Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatını ölkənin “QNA” dövlət xəbər agentliyi yayıb.

Bəyanatda qeyd olunur ki, Türkiyənin terror təşkilatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar Qətər dövləti tərəfindən dəstəklənir: “Türkiyənin öz sərhədlərini, suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə atdığı bütün addımlar Qətər dövləti tərəfindən dəstəklənir. Səbəb və nəticəsi nə olursa olsun, istənilən terror aktı və zorakılığa qarşı olan Qətər dövləti hər zaman dost Türkiyənin yanındadır”.

Qətərin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ötən həftə Türkiyədə baş vermiş terror aktı zamanı həyatını itirən insanlara görə başsağlığı da yer alıb.

Sələf Xəbər: XX əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər