Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Ərəblər Türkiyəyə belə dəstək oldular

Noyabr 30
17:42 2015

Ərəb dünyası Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan sonra Ankaraya dəstək olub.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə “Türk məhsullarına dəstək ol”, “Ərəbəm və Türkiyə ilə həmrəylik içindəyəm”, “Müsəlmanam və Türkiyə ilə həmrəylik içindəyəm” kimi haştaqlar geniş yayılıb.

Türkiyəyə öz dəstəyini göstərən ərəblər “Türk məhsullarının dəstəklənilməsi bütün müsəlman və ərəblərin vəzifəsidir. Türk məhsulları çox keyfiyyətli və qiymətləri münasibdir”, – deyə sosial şəbəkələrdə kampaniyalara start veriblər.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar”. (Müslim, Buxari)

Digər xəbərlər