Əsəd vakkum bombasından istifadə edib – 58 ÖLÜ
860 dəfə baxılıb
Suriyanın paytaxtı Dəməşqdə müxaliflərin nəzarətində olan ərazidə yerləşən bazarda dəhşətli partlayış baş verib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu barədə “Assosieyşed Press” agentliyi məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində ən azı 50 nəfər həlak olub.
Suriya İnsan Haqları Təşkilatı isə Şərqi Quta bölgəsində yerləşən bazarda baş verən partlayışda 58 nəfərin öldüyünü, 200 nəfərin yaralandığını bildirib.
Anadolu Agentliyi isə bazarı Suriya ordusuna aid təyyarələrin vakum bombası ilə vurduğunu yazıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, sonra fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir”.