Fransada məscidlər bağlanır, imamlar işdən uzaqlaşdırılır
818 dəfə baxılıb
Fransanın Daxili İşlər naziri Bernar Koznovun dediyinə görə ölkə ərazisində “radikal dini baxışların təbliğinə görə” 20 məscid bağlanıb, 80 nəfər imam işdən xaric edilib. Onun sözlərinə görə ölkəsi məscidlər üçün imamların hazırlanmasını həyata keçirəcək.
“əl-Cəzirə”nin məlumatına görə Koznov Fransa parlamentinin üzvləri ilə görüşdükdən sonra bildirib ki, məscidlərin bağlanması və imamların işdən çıxarılması “terrorizmlə mübarizə” çərçivəsində davam edəcəkdir.
O həmçinin məscidlərin maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi üçün gərəkli işlərin görüləcəyini vurğulayıb.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində Fransada baş vermiş terror hadisələrindən sonra Fransa müsəlmanlarına qarşı təzyiqlər artmış, yerli məscid və imamlar müxtəlif təzyiqlərlə üzləşiblər. Yolunu azmış terrorçularda islam və müsəlmanlar əleyhinə belə istifadə edirlər.
XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).