Fransızlar halal test icad etdilər
934 dəfə baxılıb
Fransanın “Capital Biotech” şirkətinin sahibkarları Abdurrahman Çaoi və Jan Fransua Julien məhsulların tərkibində İslam şəriəti ilə qadağan edilmiş maddələrin olub-olmamasını müəyyən edə bilən portativ cihazı təqdim ediblər.
Cihaz qidanın tərkibində alkoqol və donuz ətinin olub-olmamasını təyin edə bilən bir sıra testlərdən ibarətdir.
Qidanın tərkibi komplektdə olan xüsusi çöplər vasitəsilə müəyyən edilir. Bunun üçün istehlakçı çöpləri qida nümunəsi olan isti su ilə doldurulmuş stəkana yerləşdirir. Bir neçə dəqiqə sonra çubuq üzərində bir zolaq əmələ gələrsə, deməli qidanın tərkibində qadağan olunmuş məhsullar yoxdur. Əğər iki zolaq xətti əmələ gələrsə, deməli qida halal deyil.
“Bizim zamanımızda dünyada, xüsusilə Avropada istifadə etdiyimiz qidanın tərkibində hansı maddələrin olduğunu müəyyən etmək çətindir. Biz elə bir cihaz icad etməli idik ki, bizə halal kimi təklif edilən qidanın həqiqətən də standartlara uyğun olub-olmadığını dəqiqləşdirə bilək”. – deyə, şirkət işçilərindən biri bildirib.
“Sələf Xəbər”in “Ansar.ru”-ya istinadən məlumatına görə, hal-hazırda bu testlər online satışda mövcuddur. Bundan əlavə, layihə iştirakçıları heyvanın islam qanunu ilə kəsildiyini müəyyən edə biləcək bir cihaz da düzəltməyi düşünürlər.
Fransa mətbuatının bildirdiyinə görə, ölkəyə müsəlman qaçqın axınının olduğu bir zamanda halal test cihazının alıcı potensialı olduqca yüksək olacağı düşünülür.
Onu da qeyd edək ki, “Capital Biotech” şirkəti yalnız müsəlman dünyası üçün işləmir. Belə ki, yaxın gələcəkdə satışa ərzaqların tərkibində allergen mənşəli maddələrin olduğunu aşkarlayan, eləcə də su boru kəmərlərində suyun keyfiyyətini təyin edə bilən testlər də satışa çıxarılacaq.
Sələf Xəbər: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim İslamda yaxşı sünnə qoyarsa və ondan sonra insanlar ona əməl edərsə, əməl edənlərin əcri mislində ona da əcr yazılar.” (Muslim rəvayət edib).