Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Həcc ziyarətinin planına dəyişiklik ediləcək

Sentyabr 25
19:19 2015

700-dən çox zəvvarın ölümü ilə nəticələnən faciədən sonra Səudiyyə Ərəbistanında Həcc ziyarətinin planına dəyişiklik edilib.

“Sələf Xəbər”in AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müvafiq göstəriş Səudiyyə Kralı Salman ibn Əbdüləziz Əl Saud tərəfindən verilib.

“Biz müvafiq orqanlara Həcc ziyarətinin planına dəyişiklik edilməsinə dair göstəriş vermişik”, – deyə “Əl Ərəbiyə” telekanalı Kralın bəyanatından sitat gətirib.

Qeyd edək ki, Məkkə yaxınlığında ötən gün baş vermiş izdihamda 753 nəfər dünyasını dəyişib, 880-dən çox zəvvar isə xəsarət alıb.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər