Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Həccdə ölən zəvvarların sayı 753 nəfərə çatıb – VİDEO – FOTO

Sentyabr 25
17:06 2015

Hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir.

Məkkədə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 753 nəfərə çatıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 863 zəvvarın xəsarət aldığı bildirilir.

Ölənlərin əsasən Afrika ölkələrindən gələn zəvvarlar olduğu açıqlanıb. Ölən və yaralanan ziyarətçilərin təxliyəsi üçün 4 min həkim personalı, 220 təcili yardım maşını cəlb olunub.

Qeyd edək ki, indiyədək Məkkədə ən böyük faciə 1990-cı ildə baş verib. Zəvvarlar tuneldən keçən zaman havalandırma sisteminin sıradan çıxması nəticəsində 1426 ziyarətçi dünyasını dəyişib.

🎬

📷

15c8dd2bd4f4a45dd39edc5027c4034d a69cd54d3448cedcc4e8e12934b3273a a5cb86801be8846169e3f9c707428348 acbff5d76775b542e6cd2301fdd424a7 624885df9371d27a6cd5e9ec6048db12

Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər