Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Həccdə zəvvarların təhlükəsizliyi üçün 15 min polis əməkdaşı cəlb ediləcək

Sentyabr 09
16:24 2015

Bu il Həcc ziyarəti zamanı Məkkədə zəvvarların təhlükəsizliyini 15 min polis əməkdaşı təmin edəcək.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Məkkənin Mülki Müdafiə üzrə Baş İdarəsinin rəhbəri Həmid bin Əbdül əl Mübadəl bildirib.

“İdarə sabahdan, yəni bazar günündən etibarən 15 mindən çox zabit və sıravini cəlb etməklə Həcc zamanı fövqəladə halların qarşısının alınması planının icrasına başlamağa hazırdır”, – deyə Həmid bin Əbdül əl Mübadəl bildirib.

Onun sözlərinə görə, Məkkədə və ətrafında 250 yardım mərkəzi və 55 səyyar yanğınsöndürmə heyəti yerləşdirilib.

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə 1,5 milyondan çox zəvvarın gələcəyini gözləyir.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər