Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Husilər Səudiyyə ərazisinə hücum ediblər – 4 əsgər ölüb

İyun 06
12:45 2015

Husilər Səudiyyə Ərəbistanı ərazisinə raket atıb.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, Yəmən silahlıları Səudiyyə Ərəbistanının ərazisini raket atəşinə tutub. Səudiyyə Ərəbistanı mətbuatının verdiyi məlumata görə Husi qiyamçıları Əli Abdulla Salihin tərəfdarları ilə birlikdə Krallıq ərzisinə ən azı bir “skat” tipli raket atıb. Hadisə iyunun 6-sı yerli vaxtla 02.45-də baş verib. Raket Xamis-əl-Muşait şəhərinə doğru atıldıqdan sonra, krallığın hava hücumundan müdafiə qoşunları tərəfindən “Patriot” sistemi ilə zərərsizləşdirilib.

Bununla yanaşı husilər sərhədi keçərək Naciran və Cizan ərazilərinə hücum etməyə cəhd göstəriblər. Atışma zamanı 4 Səudiyyə əsgəri həlak olub. Ər-Riyaddakı mənbələr onlarla husi silahlısının məhv edildiyini xəbər verib.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər