Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İngilis xüsusi təyinatlıları İŞİD-ə yardım edərkən tutulub

Avqust 15
16:30 2015

İngiltərənin Hərbi Hava Qüvvələrinə aid 120-dən çox xüsusi təyinatlı əsgər İŞİD terror xəvaric qruplaşması silahlılarının formasında, silahlı qruplaşmanın üzvü qismində ifşa olunub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, İngiltərənin SAS (Special Air Service) xüsusi təyinatlı dəstəsinin əsgərləri əllərində İŞİD terror xəvaric qruplaşmasının bayraqları ilə qara paltarlar geyinmiş formada yaxalanıblar.

ABŞ təyyarələrinin bombardmanı zamanı onlara da zərbə dəyməsi nəticəsində kim olduqları ifşa olan ingilis xüsusi təyinatlıları ABŞ-ı “bizi vurma” deyə xəbərdar ediblər.

İngilislər İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşmək üçün orada olduqlarını iddia ediblər. Kraliça və Britanıyanın Baş naziri Devid Kameron isə məsələyə açıqlama verməkdən çəkiniblər.

İngilis xüsusi təyinatlılarının məsələsi ilə bağlı açıqlama verən Müdafiə naziri Mişel Fallon isə “Bizim gördüyümüz işlər, texniki təqib və nəzarət üçün atdığımız addımlar digər ölkələri Suriyadakı bu qarşıdurmalardan xilas etmək üçündür”, – deyə bildirib.

Ötən ay Tunisdə ingilislərə qarşı həyata keçirilən terror aktının da İngiltərənin SBS (Special Boat Services) və SAS (Special Air Services) əsgərləri tərəfindən hazırlandığı iddia olunur. Tunisli rəsmilər də hadisədə ingilis hökumətini ittiham etmişdi.

Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”

Digər xəbərlər