İordaniya kralı: “İŞİD 100 mindən çox müsəlmanın ölümündə günahkardır”
881 dəfə baxılıb
“İŞİD terror xəvaric qruplaşması Üçüncü Dünya müharibəsini başladır”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İordaniya kralı II Abdullah söyləyib. Onun sözlərinə görə, bütün dünya dərhal bu terror təşkilatına qarşı öz qüvvələrini birləşdirməlidir:
“Onlar vəhşi quldurlardır. İŞİD terror xəvaric qruplaşması 100 mindən çox müsəlmanın ölümündə günahkardır. Bu, İslamın daxilindəki savaşdır. Bu, həm də müsəlmanları fanatiklərə çevirmək istəyənlərlə savaşdır”.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.