İrana səfər Səudiyyə Ərəbistanı vətəndaşları üçün ölümlə nəticələndi
918 dəfə baxılıb
İran otellərinin birində 4 nəfər səudiyyəli uşaq kimyəvi zəhərlənmə nəticəsində həyatını itirib. Zəhərlənən 28 nəfərdən 17 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
“Sələf Xəbər” İslamnews.ru-ya istinadən xəbər verir ki, hadisə İranın şimal şərqində yerləşən Məşhəd şəhərinin otellərinin birində baş verib. İlkin məlumatlara görə, zərərçəkənlərin otaqlarına mərkəzi havalandırma sistemi vasitəsiylə kimyəvi maddənin sızması zəhərlənməyə səbəb olub. Hadisə zamanı otaqda Səudiyyə Ərəbistanı vətəndaşı olan 30-dan çox zəvvarın olduğu bildirilir.
Zərərçəkmişlərdən azyaşlı 3 nəfər körpə oğlan və 1 nəfər 14 yaşlı qız uşağının zəhərlənərək öldüyü məlumdur. Digər zərərçəkmişlərin həyatı isə hələ də təhlükə altında qalmaqdadır.
Hadisə ilə əlaqədar olaraq Məşhəddə 5 nəfər otel işçisinə cinayət işi qaldırılıb. Hadisənin baş verdiyi otel binası isə müvəqqəti olaraq bağlanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 154-cü ayə)
“Yer üzündə yaranan səbəblər, hətta ən mühümləri, insana o vaxt fayda verə bilər ki, onlar Allahın qədərinə (taleyə) zidd olmasın. Əgər onlar bunlara zidd olarsa, onda insanın taleyinə təsir göstərə bilməz, çünki məxluqların həyatı və ölümü Lövhi-məhfuzda yazılanlardan bilavasitə asılıdır.” (Bax “ Təfsir Əs-Saadi”).