İraqda İŞİD lideri məhv edilib
İyun 23
14:38
2015
836 dəfə baxılıb
ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti”-İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri Əli Əl-Hərzini məhv edib.
“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə ABŞ Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, terrorçu iyunun 15-də İraqın Mosul şəhərində hava zərbəsi nəticəsində məhv edilib.
Açıqlamada qeyd olunur ki , Əli Əl-Hərzi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə edilən hücumun iştirakçısı olub.
Xatırladaq ki, o zaman ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla, 4 ABŞ vətəndaşı öldürülmüşdü.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)