Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İraqda terror aktında ölənlərin sayı 94-ə çatdı

May 12
18:04 2016

İraqda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 94-ə çatıb.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, 150 nəfər yaralıdan əksəriyyətinin vəziyyəti ağırdır. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. İlk terror aktı Bağdadın şiələr yaşadığı Mədinət-Sədr məhəlləsindəki bazarda baş verib. Daha sonra hədəf paytaxtın şimalında yerləşən Kadimiyə rayonu olub.

Bu partlayışdan da az sonra Bağdadın qərbində terror aktı törədilib. Bu dəfə minalanmış avtomobil sünnilərin yaşadığı rayonda partladılıb. Bütün terror aktlarına görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması üzərinə götürüb.

Qeyd edək ki, silsilə partlayışlar kütləvi insan tələfatıyla yanaşı, ciddi dağıntılara da yol açıb. 10-larla avtomobil və binalar yararsız hala düşüb, infrastruktura ziyan dəyib. Yerli dairələr terror aktlarının ölkə iqtisadiyyatına 100 minlərlə dollar ziyan vurduğunu bəyan edir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər