İŞİD 200 suriyalı uşağı güllələyib – ŞOK VİDEO
Noyabr 10
17:30
2015
1. 082 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması yeni qətliam görüntüləri yayınlayıb.
“Sələf Xəbər” Teleqraf.com-a istinadən xəbər verir ki, videoda terrorçuların 200 uşağı güllələdiyi əks olunub.
Görüntülər 2014-cü ilin avqustunda Suriyada çəkilib. 20 saniyəlik videoda azğın terrorçuların düşünmədən qarşılarındakı uşaqlara atəş açdığı görünüb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.