Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD 26 nəfəri edam edib

May 15
12:50 2015

İŞİD terror xəvaric qruplaşmasının silahlıları Suriyada Palmira şəhərinin 26 sakinini edam edib.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə “Frans Press” xəbər yayıb.

Xəbərə görə, edam olunanlardan 10 nəfərin başı kəsilib.

Məlumat verilib ki, İŞİD terror xəvaric qruplaşması dinc sakinləri Suriya hakimiyyətini dəstəkləməkdə ittiham ediblər.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər