Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD 300 nəfəri edam edib

Avqust 10
15:35 2015

İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri İraq ali seçki komissiyasının 300 üzvünü edam edib.

“Sələf Xəbər” Azvision.az-a istinadən xəbər verir ki, bu barədə EFFE agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Terrorçular içərilərində ən azı 50 qadının olduğu əsirləri əl-Qazlani hərbi düşərgəsində güllələyiblər.

İraqın ali seçki komissiyası beynəlxalq ictimaiyyətə və BMT-yə mürəciət edərək, İraq vətəndaşlarının kütləvi qətlinə son qoyulmasında kömək istəyib.

Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri öldürülənlərin qohumlarına onların yaxınlarının məhkəməsinin keçirildiyinin və sonunculara ölüm hökmünün çıxarılması barədə məlumat vermişdilər.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər