Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Bağdadiyə sui-qəsdə görə ittiham etdiyi 122 döyüşçüsünü edam edib

Sentyabr 01
16:51 2015

İŞİD terror xəvaric qruplaşması İraqın Naynava vilayətində 120-dən çox döyüşçüsünü edam edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı bildirib.

Onun sözlərinə görə, döyüşçülər “İslam dövləti” – İŞİD terror xəvaric qruplaşmasında çevriliş etməkdə və qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadini aradan götürmək cəhdində ittiham olunurlar.

Mamuzini dəqiqləşdirib ki, “dövlət çevrilişi” bazar günü – avqustun 30-da həyata keçirilməliymiş. “Amma sui-qəsdçilərin planlarını iki gün əvvəl həbs edilmiş beş döyüşçü açıb. Nəticədə 122 döyüşçü Mosulun cənubundakı həbsxanada güllələnib. Onlardan 18-i səhra komandiri idi”, – o, söyləyib.

Mamuzininin sözlərinə görə, İŞİD terror xəvaric qruplaşmasında parçalanma getdikcə daha aşkar şəkildə ortaya çıxır. O, qeyd edib ki, pul, hakimiyyət və təsir bölgüsü uğrunda mübarizədə İŞİD terror xəvaric qruplaşmasının onlarla döyüşçüsü həlak olub.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər