Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD bütün ərəb ölkələrini “kafir” elan edib

Aprel 10
16:21 2015

İŞİD terror xəvaric qruplaşması İraqın Mosul şəhərində “Xilafətə bağlılıq, milləyə xeyir” adı ilə nəşr etdiyi kitabçanı vətəndaşlara paylayıb.

“Sələf Xəbər” Publika.az-a istinadən xəbər verir ki, kitabçada İraq və Suriya istisna olmaqla digər ərəb ölkələri “kafir” elan edilib.

“İraq və Suriyada İslam xilafəti elan edildikdən sonra bu torpaqlar hicrət və cihad mərkəzi olub. Ərəb ölkələri kimi kafir diyarlarda yaşayan bütün müsəlmanların İslam dövlətinə köçməsi lazımdır. Özlərini İslam adlandıran ərəb dövlətləri kafirdir”, – kitabçada deyilir.

Kitabçada İŞİD terror xəvaric qruplaşmasının əlindəki bölgələrdən qaçanlar da tənqid edilib.

Sələf Xəbər: Ekstremist-xəvariclərin terror hücumlarından ən çox zərər görmüş ölkələrdən biri olan Səudiyyə Ərəbistan xəvaric ekstremizmi ilə mübarizədə böyük müvəffəqiyyətlərə nail olub. İlk dəfə olaraq məhz Səudiyyə Ərəbistanda terrorçuluqda ittiham edilmiş cinayətkarların reabilitasiyası üzrə xüsusi proqram yaradılıb. Bu proqramın əsas fərqləndirici xüsusiyyəti ondadır ki, ekstremistlərə sadəcə cinayət törətmiş insanlar kimi deyil, ekstremist ideyalarla zombiləşdirilmiş ideoloji-xəstə insanlar kimi baxılır. Bu proqram çərçivəsində, saxlanılan ekstremistlər ümumi həbsxanalara yerləşdirilmir, çünki onlar başqalarını da öz ideyaları ilə yoluxdura bilərlər.

Belə cinayətkarlar üçün ayrı bərpa mərkəzləri yaradılıb, burada onlar ciddi nəzarət altındadırlar. Bu mərkəzlərdə daimi olaraq müsəlman alimləri tərəfindən dərslər keçirilir və bu dərslərdə ekstremist-xəvaric fikirlərinin yanlış və zəlalət olduğu izah olunur. Bu proqram nəticəsində, bir çox terrorçular öz ekstremist-xəvaric nöqteyi-nəzərlərini tərk etdilər və Səudiyyə Ərəbistanda ekstremizmin yayılma sürəti olduqca zəiflədi.

Çox ölkələr və beynəlxalq təşkilatlar, xüsusilə, BMT Təhlükəsizlik Şurası, bu proqramın fəaliyyətini yüksək qiymətləndirərək dünyanın bütün ölkələrini ekstremizmə qarşı mübarizənin bu metodlarını tətbiq etməyə çağırıblar.

Digər xəbərlər