Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-ə qoşulan qadınlar

May 30
12:42 2015

İngiltərədə aparılan araşdırma nəticəsində bu vaxta qədər 550 qərbli qadının İŞİD xəvaric terror qruplaşmasının dəstələrinə qoşulmaq uçun ölkələrini tərk ettiyi məlum olub.

“Sələf Xəbər” in haber7.com -a istinadən verdiyi məlumata görə, Londondakı Kral Kollecin Strateji Diaoloq İnstitutu və Beynəlxalq Radikallaşma Tədqiqatları Mərkəzi tərəfindən İŞİD terror qruplaşmasına qoşulan qadınlarla bağlı araşdırma aparılıb. Bu araşdırma zamanı məlum olub ki, İŞİD-ə qoşulanların əksəriyyəti imkanlı ailələrdən çıxmış və yaxşı təhsil almış cavan qadınlardır.

İŞİD sıralarına qoşulduğu ehtimal olunan 100-dən çox qərbli qadının sosial şəbəkədəki fəaliyyətləri onların bir çox fərqli səbəblə terror təşkilatına qatıldığını göstərir.

Araşdırma göstərib ki, qadınların İŞİD-ə əsasən “cihad gəlini” olmaq üçün qoşulduqları iddiası yanlışdır. Eynilə, terror təşkilatına qoşulmaq üçün Qərb ölkələrindən gedən kişilər kimi, qadınlar da özlərini ictimai və mədəni olaraq təcrid olunmuş hiss edir, müsəlmanların zülmə məruz qaldığına inanır və bu məsələ ilə bağlı heç bir tədbir görülmədiyi üçün qəzəblidirlər. Eləcə də idealist dini vəzifə və macəra ehtirası da onlar üçün cəzbedici gəlir.

Lakin İŞİD rəhbərliyi altında yaşamaq internetdə göstəriləndən çox fərqlidir. Şərtlər olduqca çətindir və hətta bəzi qadınlar gənc yaşda dul qalırlar. İŞİD-in rəhbərliyi altında olan torpaqlarda qərbli qadınların ilk və ən əhəmiyyətli vəzifəsi “cihadçı ərlərinə” yaxşı həyat yoldaşı olmaq və “cihadçılığın” gələcək inkişafı üçün kömək etməkdir.

Çıxarılan nəticə göstərir ki, İŞİD-in xüsusən qadınları hədəfə alaraq sosial şəbəkələrdə yaydığı “ideal” həyatın reallıqla əlaqəsi olmadığını cəmiyyətə izah etmək lazımdır. Həmçinin, Suriya və İraqdan qayıdanları yenidən cəmiyyətə inteqrasiya edərək radikal ideologiyaya qarşı daha hazırlıqlı olmağa ehtiyac var.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların -İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər