Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-ə qoşulmaq istəyən daha 36 nəfər saxlanılıb

Avqust 25
16:22 2015

Türkiyə Təhlükəsizlik Müdirliyi yanında Terrorla Mübarizə Şöbəsi və Jandarma Komandirliyi Əlibəyli mahalında əməliyyat keçirib.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, Kilis şəhərində İŞİD terror xəvaric qruplaşmasına qatılmaq üçün Suriyaya keçən 36 nəfər tutulub. Saxlanılan şəxslərdən 31-nin xarici vətəndaş olduğu bildirilib.

Həmin şəxslər Kilis Jandarma Komandirliyinə təhvil verilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (Əl-Buxari)

Digər xəbərlər