İŞİD əyaləti susuz qoydu
736 dəfə baxılıb
“Sələf Xəbər”in Rusiya mətbuatına istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşması İraqın Ramadi şəhəri yaxınlığında Fərat çayında su bəndlərinin qarşısını kəsərək Anbar əyaləti bölgələrinə gedən içməli su təhcizatını dayandırıb.
Fərat çayı İraqın çay sahillərində yerləşən əl-Habaniyyah və əl-Xalid kimi iri şəhərlərinin əsas içməli su mənbəyidir.
Keçən həftə İraq ordusunun rəhbərliyi Anbar əyalətinin azad olunması üçün İŞİD terror xəvaric qruplaşmasına qarşı hərbi əməliyyatların başlandığını rəsmi olaraq elan etmişdir. Ölkənin Baş naziri Heydər əl-Abadi vəd etmişdir ki, yaxın günlər ərzində inzibati mərkəz üzərində hökümətin nəzarəti bərpa olunacaq. Ancaq buna baxmayaraq, hələ də Ramadi ətrafında ekstremistlərlə döyüşlər davam edir.
Demək olar ki, Anbar əyalətinin 80%- i hələ də İŞİD terror xəvaric işğalçılarının əsarəti altındadır. Mayın ortalarında ekstremistlər inzibati mərkəz olan Ramadi şəhərini də ələ keçirmişdilər. Ramadi şəhərinin işğalından sonra İraq hakimiyyətinin nəzarətində 41 iri əyalətdən yalnız 5-i qalıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.
Uca Allah buyurur: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?” (Qurani-Kərim, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr)
“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax: “Təfsir Əs-Saadi”)