İŞİD ilk dəfə nə qədər üzvü olduğunu açıqlayıb
1. 026 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması bu rəqəmi ilk dəfə açıqladı.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşmasının sözçüsü Əbu Saad Ənsari İraqda üzvlərinin 40 mindən çox olduğunu iddia edib.
Eyni zamanda, təşkilatın Mosul valisi olan Ənsari Cümə günü Mosul şəhər mərkəzindəki xəlifə məscidində Cümə xütbəsi verib.
Dünyada İŞİD terror xəvaric qruplaşmasının tərəfdarlarının sayının çox olduğ fikrini irəli sürən sözçü yalnız İraq ərazisində 40 min könüllü döyüşçülərin fəaliyyət göstərdiyini bildirib.
“Rudaw” müxbirinin və 250 nəfərin qatıldığı xütbədə Ənsari Mosulda 20 min İŞİD terror xəvaric qruplaşması silahlısının döyüşdüyünü qeyd edib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.