Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in 24 üzvünü asacaqlar

İyul 09
15:47 2015

İraq məhkəməsi İŞİD xəvaric terror qruplaşmasının 24 üzvünü asılmaqla ölümə məhkum edib.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, onlar 2014-cü ildə Tikrit ətrafında İraq hərbi hava qüvvələrinin 1700 kursantının qətlində ittiham olunurlar.

İraq Ali Məhkəmə Şurasının sözçüsü Abdul-Sattar al-Birqdar onlardan 4 nəfərin bəraət aldığını bildirib. Bağdad məhkəməsi bu kütləvi qətlə görə, 603 terrorçuya qarşı ittiham irəli sürüb.

600 şübhəli isə hazırda axtarışdadır. Bu kütləvi qətl Səlahəddin əyalətindəki hərbi akademiyanı ələ keçirdikdən sonra törədilib və qurbanların əksəriyyəti şiələrdir. Hazırda faktla bağlı araşdırma aparılır.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız öldürün”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər