İŞİD-in 500 neft tankeri belə məhv edildi – VİDEO
883 dəfə baxılıb
Bu video sujetə baxanda “Görməsən inanmazsan” deyimi yada düşür. İŞİD terror qruplaşmasına məxsus tankerlərin məhv edildiyini əks etdirən görüntülər insanı heyrətləndirir.
Xarici mənbələr İŞİD terror xəvaric qruplaşmasının neft tankerlərinin məhv edildiyi video görüntüləri yayımlayıblar. Məlumatlarda deyilir ki, Rusiya və Amerika hərbi təyyarələrinin həyata keçirdikləri əməliyyat zamanı terror qruplaşmasına məxsus 500 tanker məhv edilmişdir. Qruplaşmanın neft qaçaqmalçılığında istifadə etmək üçün ümumilikdə 1000 ədən tankerin olduğu deyilir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”