İŞİD-in Azərbaycan planı! – Şok xəritə
1. 524 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması regional təhlükə olmaqdan dünya üçün təhlükə olmaq yolunda addımlayır. Terror dövlətinin iddia etdiyi ərazilər arasında Azərbaycan da var.
“Sələf Xəbər” Yenicag.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması quracağı xilafətin xəritəsində Azərbaycan Qafqaz əyalətinin bir hissəsi olaraq, göstərilir.
Qeyd edək ki, xilafətin xəritəsində Azərbaycan da var. Afrika, Avropa və Asiyanı da əhatə edən xəritədə Azərbaycan Qafqaz əmirliyinin bir parçası olaraq göstərilir. Nəzərə alsaq ki, hələ də Dağıstan meşələrində mövcudiyyətlərini qoruyan çeçen döyüşçüləri İŞİD terror xəvaric qruplaşmasına beyət ediblər, regionda İŞİD terror xəvaric qruplaşması təhlükəsini daha da aktuallaşdırır.
Xilafətin xəritəsi Uzaq Şərqə doğru, daha dəqiq desək, Çin və Hindistan sərhədlərinə kimi uzanır. Avropanın cənub – şərq hissəsini, o cümlədən Yaxın Şərq , Şimali və Cənubi Qafqaz ərazilərini əhatə edir.
Xəritədəki bölgüyə görə, xilafət 13 əyalətdən ibarətdir:
İraq – Bütün İraq və Küveyti əhatə edir.
Şam- Suriya, Livan, Fələstin, Sinay yarımadası və s. ərazilər.
Hicaz: Yəmən xaric, bütün Ərəbistan yarımadası.
Xorasan: “Əfqanıstan, Türkmənistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Dağıstan, Tacikistan daxildir.
Kürdüstan-Əsas əraziləri Türkiyə olmaqla, Fars körfəzinə qədər uzanır.
Qafqaz-Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyənin şimalı və Ukraynanı əhatə edir.
Anadolu-Türkiyənin digər hissələri.
Avropa-Yunanıstan, Bolqarıstan və s.
Əndəlüs – İspaniya və Portuqaliya.
Məğrib əyaləti İŞİD terror xəvaric qruplaşması ən böyük əyaləti sayılır. Afrikanın Mərakeş, Tunis, Niger, Mali, Seneqal və Mavritaniya əraizlərini əhatıə edir.
Həbəşistan- Sudan, Çad, Efiopya və Kamerunu bura aid etmək olar.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.