Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in azərbaycanlı liderinin həbsinin təfərrüatı – ŞƏRH

İyul 28
15:30 2015

İstanbulda İŞİD xəvaric terror qruplaşması üzvlərinə qarşı keçirilən əməliyyatda tutulan 36 nəfər arasında özünü “İstanbul Əmiri” adlandıran azərbaycanlı Abdulla Abdullayev də var.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, İŞİD xəvaric terror qruplaşmasının aparıcı rəhbərlərindən olduğu deyilən A.Abdullayev dünyanın dörd bir tərəfindən qruplaşmaya döyüşçülər cəlb edirmiş.

Polisin apardığı araşdırma zamanı məlum olub ki, Abdulla Abdullayev həmin döyüşçüləri əvvəl Avropa və Orta Asiya ölkələri üzərindən İstanbula gətirirmiş. Mücahidlər bir müddət Uzaq Şərq ölkələrinə göndərildikdən sonra yenidən İstanbula gələrək onun kirayə tutduğu evlərdə qalıblar. Daha sonra həmin döyüşçülər Abdulla Abdullayevin vasitəsilə Suriya və İraqa göndərilirmiş.

Sələf Xəbər: Uca Rəbbimizə şükürlər olsun ki, dinimiz gün kimi aydın, su kimi durudur. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bizə öyrətdiyi şəriət zaman-zaman yad qüvvələrin təcavüzünə məruz qalsa da, şükürlər olsun ki, bu günə qədər olduğu kimi bizə gəlib çatmışdır. İslam dini təkcə qeyri müsəlmanlardan deyil, müsəlman adını daşıyıb əslində isə onun əleyhinə çalışan qüvvələrin də təcavüzünə məruz qalmaqdadır.

Əslində bunun belə olacağını uca Allah əvvəlcədən Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) bildirmiş, o da öz ümmətini bu barədə agah etmişdir və demişdir: “Axır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Onlar dindən, yaydan çıxmış ox kimi çıxacaqlar.” (Buxari).

Necə də dəqiq vəsf edilmiş kəlamdır. Bu gün biz İŞİD terror xəvaric qruplaşmasına baxsaq onların sıralarında olanların azyaşlı, dindən anlayışı olmayan, qəddar, eyni zamanda danışanda Qurandan və hədislərdən danışan, amma özləri buna əməl etməyən bir toplum görürük. Onların icra etdikləri edam səhnələrinə, törətdikləri terror aktlarına baxdıqda bunların Quran və hədislərdən nə qədər uzaq olduqlarını, həqiqətən də oxuduqlarının boğazlarından içəri keçmədiyini görürük.

Onların digər “özəlliyi” ondadır ki, onlar əsasən müsəlmanları təqib edirlər. Elə bunun da belə olacağını Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əvvəlcədən demişdi. “Onlar İslam ardıcıllarını öldürəcək, bütpərəstləri sağ saxlayacaqlar.” (Buxari).

Uca Allah bu kimi insanların şərrindən ümmətimizi qorusun… Amin!

Digər xəbərlər