Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in Davudoğluya planlaşdırdığı sui-qəsdin qarşısı alınıb

Aprel 23
17:42 2016

Türkiyənin Baş naziri Əhməd Davudoğluya qarşı sui-qəsdin, ciddi insan tələfatı ilə nəticələnəcək terror aktının qarşısı alınıb.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşmasının “İslam dünyasının turizm paytaxtı Konya” adlı təqdimat mərasimində partlayış törədəcəyi üzə çıxıb. Plana görə hökumət başçısı Əhməd Davudoğlunun iştirak etdiyi tədbirdə kamikadze üzərindəki partlayıcı qurğunu işə salmalı idi. Bunun üçün təqdimat mərasiminin keçirildiyi yerə gələn 3 İŞİD terror xəvaric qruplaşması üzvü 10 min nəfərlik qurultay binası yaxınlığında kəşfiyyat işləri aparan vaxt təhlükəsizlik qüvvələrinin diqqətini çəkib. Nəzarətə götürülən şübhəlilərin Suriya vətəndaşları olduğu bildirilir. İlkin araşdırmalardan sonra kamikadzenin saxlanılanlar arasında olmadığı, onun hələ sərhədi keçmədiyi məlum olub.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər