İŞİD-in dəhşətləri davam edir
906 dəfə baxılıb
“İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması yaraqlıları son 9 gün ərzində Palmira şəhəri və onun ətrafında yerləşən ərazilərdə 217 hərbçini edam edib.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları üzrə Monitorinq Mərkəzi xəbər yayıb.
“İŞİD terror xəvaric qruplaşması 14 uşaq, 12-si isə qadın olmaqla 67 dinc sakini qətlə yetiriblər. Bundan əlavə, Suriya ordusunun 150 hərbçisi edam edilib”, – deyə Mərkəzin yaydığı bildirilib.
İŞİD terror xəvaric qruplaşması ötən həftə ələ keçirdiyi Ramadi şəhərində də kütləvi qətliam törədib. Belə ki, yayılan məlumatlarda İŞİD-in 400-ə yaxın insanı öldürdüyü vurğulanır.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.