İŞİD-in “Elektron beyni” məhv edildi
804 dəfə baxılıb
Britaniya Baş nazirinin elektron hesabını sındıran Cüneyd Hüseyn İŞİD terror xəvaric qruplaşmasının elektron qoşununun təsisçisidir.
“Sələf Xəbər” Alarabiyya.net-ə istinadən bildirir ki, Amerika mənbələri 26 avqust tarixində İŞİD terror xəvaric qruplaşmasının “Elektron beyni”nin məhv edilməsi haqqında məlumat yayıb.
Pilotsuz təyyarələrin Suriyanın ər-Rəqqa şəhərinə endirdikləri aviazərbələr nəticəsində İŞİD terror xəvaric qruplaşmasının “Elektron beyni” hesab edilən Cüneyd Hüseyn qətlə yetirilib.
Böyük Britaniyanın Berminqham şəhərində yaşamış kompyuter mütəxəssisi olan Cüneyd Hüseyn İŞİD terror xəvaric qruplaşmasının elektron qoşununu təsis edib və bir çox mənbələrə xaker hücumları təşkil edib.
Bundan bir neçə gün öncə daha bir yüksək vəzifəli İŞİD terror xəvaric qruplaşması üzvünün məhv edilməsi haqqında xəbər yayınlanmışdı.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)