İŞİD-in əsirliyindən azad olan jurnalistin açıqlaması
970 dəfə baxılıb
“Onların atdığı addımlar nə İslama, nə də müsəlman ənənələrinə uyğun deyil”.
“İŞİD terror xəvaric qruplaşması İslam dövləti yaratmaq istəyir, ancaq onların atdıqları addımlar nə İslama, nə də müsəlman ənənələrinə uyğun deyil”.
“Sələf Xəbər” Anspress.com-a istinadən xəbər verir ki, bu sözləri İŞİD terror xəvaric qruplaşması tərəfindən əsir götürülən və ötən il sərbəst buraxılan fransız jurnalist Nicolas Henin müsahibəsində deyib.
Cihad anlayışının İslamın ən önəmli şərtlərindən biri olduğunu qeyd edən fransız jurnalist bildirib: “Cihad insanın özünü və ətrafını daha gözəl vəziyyətə gətirmək üçün apardığı mücadilədir. Bu anlayışdan terror təşkilatının istifadə etməsinə yol vermək olmaz”.
İnternetin və sosial mediyanın həmin insanların radikal dünya görüşlərinin formalaşmasına təsir etdiyini qeyd edən Nicolas Henin İŞİD terror xəvaric qruplaşmasının bu hərəkətlərinin İslam dini ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.