Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in ləğvi üçün 10 il lazımdır

İyun 12
17:16 2015

“İŞİD terror xəvaric qruplaşmasının ləğvi üçün ABŞ-a daha 10 il lazım olacaq”.

“Sələf Xəbər” A24.az-a istinadən bildirir ki, bu açıqlama ilə ABŞ Quru Qoşunlarının Qərargah rəisi Reymond Odierno çıxış edib.

Onun sözlərinə görə, ABŞ İŞİD terror xəvaric qruplaşmasını bir gecədə ləğv edə bilməz: “Biz bu işdə əsasən İraq ordusuna güvənirik. ABŞ yalnız İraqa yardım edə bilər. Hazırda İŞİD özünü çox ehtiyatla aparır. İndi onlar yerli əhali arasında gizlənirlər”.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər