Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD-in vəhşilikləri: 837 qadın edam edilib

Dekabr 28
16:57 2015

İŞİD silahlıları 2014-cü ilin iyunundan İraqın şimalında işğal etdikləri Mosul şəhərində il yarım vaxt ərzində 837 qadını edam ediblər.

“Sələf Xəbər”in “alarabiya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Naynava əyalətinin polis generalı Zanun əl-Sabavi bildirib.

Generalın sözlərinə görə, “Öldürülənlərin qeydiyyatını aparan Mosul şəriət məhkəmə-tibb mərkəzinin statistikasına əsasən, silahlılar şəhəri ələ keçirəndən bu vaxtadək 837 qadını edam ediblər. Edam olunan qadınların əksəriyyəti İŞİD terror xəvaric qruplaşmasının təsis etdiyi şəriət məhkəməsinin hökmü ilə güllələniblər.”
Zabit onu da qeyd edib ki, silahlılar müxtəlif bəhanələrlə deputatlığa namizəd, dövlət qulluqçusu olan qadınları, həmçinin vəkil, notarius və bərbərliklə məşğul olan qadınları ölüm hökmünə məhkum ediblər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi)

Digər xəbərlər