İŞİD-in “xarici işlər naziri” öldürülüb
İyun 04
12:34
2015
695 dəfə baxılıb
Suriya ordusunun Xasaka şəhərində həyata keçirdiyi əməliyyat zamanı Suriyada İŞİD terror xəvaric qruplaşmasının liderlərindən biri məhv edilib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, Suriya ordusunun Xasaka şəhərində həyata keçirdiyi əməliyyat zamanı İŞİD terror xəvaric qruplaşmasının “xarici işlər naziri” kimi tanınan Məhəmməd Əl-Hələb Moheyr, onun qardaşı və daha iki ekstremist zərərsizləşdirilib.
Xatırladaq ki, aprel ayında İŞİD terror xəvaric qruplaşmasının “müdafiə naziri”, may ayında isə “neft naziri” məhv edilib.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.