“İŞİD İraqda 70 nəfər sünni əsiri edam edib”
880 dəfə baxılıb
Sünni qəbilə üzvləri İraq təhlükəsizlik qüvvələri ilə birgə “İslam Dövləti”nə – İŞİD terror xəvaric qruplaşmasına qarşı vuruşur.
“İraqın qərbindəki İŞİD terror xəvaric qruplaşması, ona qarşı çıxan ərəb sünni tayfasının 70 üzvünü qətlə yetirib”, – deyərək qəbilə başçısı açıqlayıb.
“Sələf Xəbər”in məlumatına görə, Şeyx Naim əl-Qaud BBC-ə bildirib ki, Əl Bu Nimr tayfasının üzvləri bazar günü axşam saatlarında, Ənbar əyalətindəki Xanizir kəndində edam edilib.
Onun sözlərinə görə, tayfa üzvləri ona görə öldürülüb ki, onların yaxınları İraq təhlükəsizlik qüvvələrində xidmət edir.
Əl Bu Nimr illərdir bu qruplaşmaya qarşı mübarizə aparır.
2014-cü ildə İŞİD terror xəvaric qruplaşması döyüşçüləri qəbilənin 500-dən çox üzvünü öldürüb, lakin tayfa liderləri mübarizəni davam etdirəcəklərini bildirib.
Yarım milyondan çox insanı əhatə etdiyi güman edilən tayfa İŞİD terror xəvaric qruplaşmasına qarşı, qruplaşmanın İraqda geniş əraziləri ələ keçirməsinin ardından mübarizə aparmağa başlayıb.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül MÜhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.