İŞİD kimyəvi silah əldə etmək niyyətindədir
İyun 08
13:19
2015
677 dəfə baxılıb
Suriya və İraq ərazisində fəaliyyət göstərən İŞİD terror xəvaric qruplaşması kimyəvi silah əldə etməyə can atır. Bunu Avstraliyanın Xarici İşlər naziri Culi Bişop bildirib.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, qruplaşma bu məqsədlə “Qərb dövlətləri də daxil olmaqla bütün ölkələrdən təcrübəli alim və mütəxəssisləri öz sıralarına çəkmək istəyir”. Onlar artıq İraq ərazisində hücum əməliyyatları keçirərkən xlordan istifadə ediblər.
Culi Bişop hesab edir ki, İŞİD kimi ekstremist qruplaşmalar qlobal təhlükəsizliyə ən ciddi təhdiddir.
Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bu terror aktları ilə əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz”, 7/120)