İŞİD liderinin ağır yaralandığı bildirilir
Aprel 22
19:42
2015
753 dəfə baxılıb
“İslam dövləti”-İŞİD terror xəvaric qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadinin ağır yaralandığı haqda məlumat yayılıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə İraqın qərbində aviazərbələr zamanı baş verib.
Aldığı xəsarətlər əl-Bağdadinin həyatına ciddi təhlükə törətsə də, artıq onun durumunun yaxşılaşmağa doğru getdiyi bildirilir.
Bununla belə qruplaşma liderinin hələlik gündəlik işlərlə məşğul olmadığı deyilir.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.