Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Misirin hərbi gəmisini vurub – FOTO

İyul 17
16:45 2015

“İraq Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması Misirə aid hərbi gəmiyə hücum edib.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, Sina yarımadasının şimalında, Qəzza sərhədinə yaxın bölgədə Misirin hərbi gəmisi raketlə vurulub. Gəmidə yanğın baş verib. Hazırda ölən və yaralananlar haqqında məlumat yoxdu.

Günorta saatlarında reallaşan hücumu İŞİD terror xəvaric qruplaşmasının Misir qolu həyata keçirib.

Qeyd edək ki, terror təşkilatı ilk dəfədir ki, dənizdə hücum həyata keçirir.

📷

isis2 isis1

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər