İŞİD Qərbi hədələyib
682 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Qərbi yeni terror aktları ilə hədələyib.
İŞİD terror xəvaric qruplaşması antiterror koalisiyasında iştirak edən Qərb ölkələrini yeni və “daha dəhşətli terror aktları” törədəcəyi ilə hədələyib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə SITE monitorinq qrupunun məlumatında bildirilir.
Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)