İŞİD Rəmadidə 70 nəfəri öldürüb
May 16
14:00
2015
714 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması İraqın qərbindəki Rəmadi şəhərinə hücum edib.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, hücum nəticəsində İŞİD terror xəvaric qruplaşması şəhərin 3 fərqli bölgəsində idarəçiliyi ələ keçirib.
Bomba ilə yüklənən 10 nəqliyyat vasitəsilə edilən hücum nəticəsində onlarla mülki vətəndaş və təhlükəsizlik qüvvələrinin əməkdaşları ölüb.
Rəsmilərin açıqlamasına görə, şəhərdə 70 nəfər öldürülüb. Ənbar vilayətinin rəsmiləri koalisiya qüvvələrini hava hücumlarını artırmağa çağırıb.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)