Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD sıralarında döyüşənlərin tükürpədici etirafları – VİDEO

Avqust 21
18:21 2015

Vaxtilə İŞİD terror xəvaric qruplaşmasının sıralarında döyüşənlər Avqustun 19-da Kobani həbsxanasında jurnalislərlə görüşdə tükürpədici etiraflar ediblər.

“Sələf Xəbər” Rt.com saytına istinadən xəbər verir ki, etirafçılar terror qruplaşmasına qoşulmalarının səbəbini və təşkilatın onların qarşısına qoyduğu tələbləri açıqlayıblar.

Vaxtilə İŞİD terror xəvaric qruplaşmasının sıralarında döyüşmüş Yasir Mulhim ət-Tavil adlı fələstinli etirafçı qruplaşmaya qazanc əldə etmək üçün qoşulduğunu etiraf edib. Lakin beş aydan sonra oradan qaçmaq qərarına gəlib. O özünün vəhşi olmayacağına qərar verərək belə addım atıb. O deyir ki, mən hələ də öldürdüyümüz uşaqların və qadınların çığırtısını unuda bilmirəm. “Mən İŞİD terror xəvaric qruplaşmasının sıralarını tərk etdikdən sonra başıma nə gələcəyi haqqında narahat deyiləm – qoy nə olursa – olsun mən razıyam, hətta ölümə də razıyam”.

Əslən suriyalı olan Yamin Mulhim ət-Turba adlı etirafçı İŞİD terror xəvaric qruplaşmasının Yezidi qəbiləsindən olan əsirlərə qarşı davranışı zamanı gördüklərini danışır: “İraq ordusu geri çəkildikdən sonra İŞİD terror xəvaric qruplaşması şəhəri ələ keçirdi. Onlar qadınları döyüş qəniməti adlandıraraq böyük zala topladılar. Uşaqları isə qətlə yetirdilər… siz bunu soyqırım da adlandıra bilərsiniz. Yezidiləri isə kafir hesab edərək qətlə yetirdilər”.

Əslən suriyalı olan digər etirafçı Hadi Sofvəq İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulduqdan 2 ay sonra “İŞİD-i nə üçün tərk etmisən?” sualına cavabında deyir: “Mənim oradan qaçmaqdan başqa yolum yoxdur”, – deyə cavab vermişdir.

🎬

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər