Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD terror xəvaric qruplaşmasının lideri ölüb

Aprel 25
16:33 2015

İŞİD terror xəvaric qruplaşmasının silahlıları İraqın Mosul şəhərində yeni “xəlifə” sədaqət andı içiblər.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu, qruplaşmanın lideri Əbubəkir əl-Bağdadinin ölümünün təsdiq olunmasından sonra baş verib.

Məlumata görə, bir neçə gün əvvəl hava zərbəsi nəticəsində yaralanan əl-Bağdadi Suriyanın Rakka şəhərində vəfat edib.

Qruplaşmanın yeni lideri əvvəllər “Əl-Qaidə”nin İraqdakı “məşvərət şurasının” sədri olmuş Əbdürrəhman əl-Əfri seçilib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.

Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının – İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər