Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD təyyarənin partladılmasında istifadə edilən bombanı göstərib – FOTO

Noyabr 19
18:13 2015

Terrorçular jurnalda, həmçinin sərnişinlərin sənədlərini dərc ediblər.

İŞİD terror xəvaric qruplaşmasının yaraqlıları öz jurnallarında Misirdə qəzaya uğrayan Rusiya təyyarəsinin sərnişinlərinin sənədlərini, həmçinin terror aktında istifadə edilən əldəqayırma bombanın fotolarını dərc ediblər.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, şəkillərin birində 3 sənəd: 2 xarici pasport və 1 hərbçi sənədi, digərində isə – təyyarənin partladılmasında istifadə olunan partlayıcı qurğunun hissələri və idarəetmə pultu göstərilib.

Təyyarənin göyərtəsində olan sərnişinlərin sənədlərinin terrorçuların əlinə necə keçdiyi hələlik məlum deyil.

📷

a321-b

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər