Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD Tunisdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İyun 27
16:36 2015

İŞİD terror xəvaric qruplaşması Tunisdə hotelə edilmiş hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Susa şəhərində terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.

Qeyd edək ki, bundan əvvəl İŞİD terror xəvaric qruplaşması Küveytdə baş verən partlayışa görə də məsuliyyəti öz üzərinə götürmüşdü. Son məlumatlara əsasən, paytaxt Küveytdə, məscidlərinin birində törədilmiş partlayış nəticəsində 13 nəfər ölüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər