İŞİD Türkiyə sərhədlərinə yaxınlaşır
682 dəfə baxılıb
Suriyanın şimalında gedən ağır döyüşlər nəticəsində İŞİD terror xəvaric qruplaşması yaraqlıları yeni əraziləri ələ keçiriblər.
“Sələf Xəbər” bu barədə Atv.az-a istinadən xəbər verir.
İŞİD terror xəvaric qruplaşması yaraqlıları Soran Azaz şəhərini və yaxınlıqda yerləşən iki kəndi ələ keçirib.
Beləliklə, İŞİD terror xəvaric qruplaşması yaraqlıları Suriyada müntəzəm olaraq Türkiyə ilə sərhədə yaxınlaşır.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İŞİD terror xəvaric qruplaşması silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD terror xəvaric qruplaşması tərəfindən ələ keçirilib.
İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.